​Qızıl və avronun ucuzlaşması davam edir

​Qızıl və avronun ucuzlaşması davam edir Avronun məzənnəsi 1,0938 dollara düşüb
Maliyyə
16 İyul , 2015 09:38
​Qızıl və avronun ucuzlaşması davam edir

Bakı. 16 iyul.REPORT.AZ/ İyulun 15-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,02% azalaraq 18 050,17 bənd, S&P 500 0,07% ucuzlaşaraq 2 107,40 bənd, Nasdaq isə 0,12% geriləyərək 5 098,94 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksində heç bir dəyişiklik müşahidə olunmayıb və ötən gün olduğu kimi 6 753,75 bənd, Fransa CAC-40-ı 0,29% artaraq 5 047,24 bənd, Almaniya DAX-ı isə 0,20% irəliləyərək 11 539,66 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,62% ucuzlaşaraq 1 146,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0938 (-0,58%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi