Qızıl və avronun bahalaşması davam edir

Qızıl və avronun bahalaşması davam edir Avropanın əsas fond indeksləri azalıb
Maliyyə
4 Fevral , 2016 09:21
Qızıl və avronun bahalaşması davam edir

Bakı. 4 fevral. REPORT.AZ/ Fevralın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,13% bahalaşaraq 16 336,66 bənd, S&P 500 0,50% artaraq 1 912,53 bənd, Nasdaq isə 0,28% geriləyərək 4 504,24 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,43% ucuzlaşaraq 5 837,14 bənd, Fransa CAC-40-ı 1,33% azalaraq 4 226,96 bənd, Almaniya DAX-ı isə 1,531% geriləyərək 9 434,82 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,26% yaxud 14,2 dollar artaraq 1 142,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1088 (+1,58%) təşkil edib

Son xəbərlər

Orphus sistemi