Qızıl və avro bahalaşır

Qızıl və avro bahalaşır ABŞ və Avropa fond indeksləri geriləyib
Maliyyə
12 Fevral , 2016 09:29
Qızıl və avro bahalaşır

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 11-də Amerika fond bazarında Dow Jones indeksi 1,60% ucuzlaşaraq 15 660,18 bənd, S&P 500 1,23% azalaraq 1 829,08 bənd, Nasdaq isə 0,39% geriləyərək 4 266,84 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,39% ucuzlaşaraq 5 536,97 bənd, Fransa CAC-40-ı 4,05% azalaraq 3 896,71 bənd, Almaniya DAX-ı isə 2,93% geriləyərək 8752,87 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 26,2 ABŞ dolları yaxud 2,17%, bahalaşaraq 1 234,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1293 (+0,05%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi