​Qızıl ucuzlaşıb, avro isə möhkəmlənib

​Qızıl ucuzlaşıb, avro isə möhkəmlənib Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,0978 təşkil edib
Maliyyə
10 Mart , 2016 08:49
​Qızıl ucuzlaşıb, avro isə möhkəmlənib

Bakı. 10 mart. REPORT.AZ/ Martın 9-da Amerika fond bazarında "Dow Jones" indeksi 0,21% bahalaşaraq 17 000,36 bənd, S&P 500 0,51% artaraq 1 989,26 bənd, "Nasdaq" isə 0,55% irəliləyərək 4 674,38 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,34% bahalaşaraq 6 146,32 bənd, Fransa CAC-40-ı 0,49% artaraq 4 425,65 bənd, Almaniya DAX-ı isə 0,31% irəliləyərək 9 723,09 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,27% ucuzlaşaraq 1 251,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0978 (+0,05%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi