​Qızıl kəskin ucuzlaşıb

​Qızıl kəskin ucuzlaşıb İlin sonuna qədər qiymətin 1 000 dollar/unsiyaya düşəcəyi gözlənilir
Maliyyə
27 Noyabr , 2015 18:04
​Qızıl kəskin ucuzlaşıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün dünya bazarında qızılın qiyməti sərt azalaraq 1 055 dollar/unsiyaya geriləyib. "Report" xəbər verir ki, azalma Hindistan və Çindən gələn mənfi xəbərlərlə bağlı olub. Belə ki, Çində qızıl idxalı sentyabr ayındakı maksimal səviyyədən azalmağa başlayıb. Hindistanda isə quru hava şəraiti səbəbindən fermerlərin gəlirlərinin azalması qızıla tələbatı kəskin azaldıb. Analitiklər Hindistanda qızıla olan tələbatın 2015-ci ilin IV rübündə son 8 ilin minimal səviyyəsinə enəcəyini proqnozlaşdırırlar.

Bu gün səhər saatlarında 1 072 dollar/unsiyaya satılan qızıl hazırda 1,5% ucuzlaşaraq 1 055 dollar/unsiyaya satılır. "Report"un analitik qrupu qızılın qiymətinin ilin sonuna qədər 1 000 dollar/unsiyadan aşağı düşəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi