Qızıl daha 13 dollar bahalaşıb

Qızıl daha 13 dollar bahalaşıb Avronun dollara qarşı bahalaşması da davam edir
Maliyyə
5 Fevral , 2016 09:22
Qızıl daha 13 dollar bahalaşıb

Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,49% bahalaşaraq 16 416,58 bənd, S&P 500 0,15% artaraq 1 915,45 bənd, Nasdaq isə 0,12% irəliləyərək 4 509,56 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,06% bahalaşaraq 5 898,76 bənd, Fransa CAC-40-ı 0,04% azalaraq 4 228,53 bənd, Almaniya DAX-ı isə 0,44% geriləyərək 9 393,36 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,16% yaxud 13,2 dollar artaraq 1 155,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1196 (+0,97%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi