Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən yeni qaydalar təsdiq edilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən yeni qaydalar təsdiq edilib Yeni qaydalar ipoteka örtüyünün reyestrinin aparılmasını tənzimləyir
Maliyyə
13 Yanvar , 2016 17:21
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən yeni qaydalar təsdiq edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “İpoteka örtüyünün reyestrinin aparılması və sərəncamçı tərəfindən ipoteka örtüyünün yoxlanılmasının nəticələri barədə hesabata dair tələblər haqqında Qaydalar” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, bu qaydalar ipoteka örtüyünün reyestrinin aparılması qaydalarını və sərəncamçı tərəfindən ipoteka örtüyünün yoxlanılmasının nəticələri barədə hesabata dair tələbləri tənzimləyir.

Həmçinin, QKDK tərəfindən “Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qaydalar” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qaydalar dövlət orqanları və bələdiyyələr tərəfindən emissiya edilən və ya yalnız institusional investorlara təklif olunan istiqrazlara şamil edilmir.

Son xəbərlər

Orphus sistemi