Azərbaycanda daha bir şirkət qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə lisenziya alıb

Azərbaycanda daha bir şirkət qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə lisenziya alıb “Tuna” şirkətinə lisenziya 5 il müddətinə verilib
Maliyyə
14 May , 2015 20:23
Azərbaycanda daha bir şirkət qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə lisenziya alıb

Bakı. 14 may. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Tuna” şirkətinə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətlə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 2 depozitar, 3 bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı, 1 fond birjası, 1 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

Son xəbərlər

Orphus sistemi