Qazaxıstanda dolların məzənnəsi rekord həddə çatıb

Qazaxıstanda dolların məzənnəsi rekord həddə çatıb Qazaxıstan milli valyutasını daha 8% devalvasiya edib
Maliyyə
14 Sentyabr , 2015 19:39
Qazaxıstanda dolların məzənnəsi rekord həddə çatıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Qazaxıstanın milli valyutası - tenge dollarla müqayisədə 7,8% dəyərdən düşüb. Bununla da dolların rəsmi məzənnəsi rekord maksimal həddə - 285,38 KZT/USD-yə çatıb.

"Report" xəbər verir ki, Qazaxıstan avqustun 2-də tengeni 27% devalvasiya edib - dolların rəsmi məzənnəsi 197 KZT/USD-dən 252 KZT/USD-yə qədər artırılıb. 

Xatırlatmaq lazımdır ki, Qazaxıstanın qızıl-valyuta ehtiyatları 2015-ci il sentyabrın 1-nə 97,86 mlrd. dollar (adambaşına - 5 570 dollar) təşkil edib. Məhz avqust devalvasiyası nəticəsində ehtiyatların həcmi 0,7 mlrd. dollar, adambaşına isə 40 dollar artıb. Bu ilin əvvəlindən isə Qazaxıstanın ehtiyatları 4,62 mlrd. dollar və ya 4,5%, adambaşına isə 31,5 dollar azalıb.

Son xəbərlər

Orphus sistemi