​"Qala Sığorta" şirkəti personalını artırır

​"Qala Sığorta" şirkəti personalını artırır Şirkət yeni sığorta növlərinin tətbiqinə hazırlaşır
Maliyyə
5 İyul , 2016 10:06
​Qala Sığorta şirkəti personalını artırır

Bakı. 5 iyul. REPORT.AZ/ Bu ilin əvvəlindən "Qala Sığorta" ASC-nin işçilərinin sayı təxminən 4 dəfə artaraq hazırda 30-a yaxınlaşıb. Bu barədə "Report"a açıqlamasında şirkətin İdarə Heyətinin sədri Viladi Maniyev məlumat verib.

"Əvvəllər əsasən korporativ müştərilərlə işləyirdik, ona görə də cəmi 5-6 işçimiz olub. İndi isə şirkət yenidən qurulur, sığorta məhsullarının pərakəndə satışına hazırlıq gedir, işə yeni adamlar götürürük", - deyə V.Maniyev qeyd edib.

Onun sözlərinə görə, işçi heyətin genişləndirilməsi əsasən avtomobil sığortasının tətbiqinə hazırlıq görülməsi ilə bağlıdır: "İndiyə qədər bizdə ancaq əmlak sığortası olub. Bu növ sığortada da nadir hallarda hadisə baş verir. Hazırda avtomobil sığortası xidməti göstərməyə hazırlaşırıq. Təbii ki, sığorta hadisələrinin sayı çox olacaq. Buna görə də, ayrıca Sığorta iddiaları Departamenti yaradırıq və işçi heyəti formalaşdırırıq".

Xatırladaq ki, "Qala Sığorta" şirkəti "Çartis-Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Şirkətin səhmləri 100% "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi