​"Qala Sığorta"nın baş ofisi yeni ünvana köçüb

​"Qala Sığorta"nın baş ofisi yeni ünvana köçüb Şirkət bundan sonra "World Business Center"də fəaliyyət göstərəcək
Maliyyə
10 İyun , 2016 14:35
​Qala Sığortanın baş ofisi yeni ünvana köçüb

Bakı. 10 iyun. REPORT.AZ/ "Qala Sığorta" ASC baş ofisinin yerini dəyişib. Şirkətdən "Report"a verilən məlumata görə, yeni baş ofis Bakı şəhərinin Nəsimi rayonunda, Səməd Vurğun küçəsi,43 ünvanındakı "World Business Center" biznes mərkəzində yerləşir.

Xatırladaq ki, "Qala Sığorta" bu günə qədər paytaxtın Nəsimi rayonunda, Nizami küçəsi,96 ünvanındakı "Landmark" biznes mərkəzində fəaliyyət göstərib. Bundan sonra bu ünvanda şirkətin bəzi şöbələrinin qalacağı gözlənilir.

"Qala Sığorta" şirkəti "Çartis Azərbaycan" sığorta şirkətinin bazasında yaradılıb. Şirkətin 100% səhmdarı "AzRe Təkrarsığorta" ASC-dir.

Son xəbərlər

Orphus sistemi