​"Qala Sığorta"da bu il sığorta hadisəsi baş verməyib

​"Qala Sığorta"da bu il sığorta hadisəsi baş verməyib Bu barədə şirkətdən məlumat verilib
Maliyyə
23 İyul , 2016 15:35
​Qala Sığortada bu il sığorta hadisəsi baş verməyib

Bakı. 23 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında "Qala Sığorta" ASC-nin yığımları 3 447 602 manat təşkil edib. Bu barədə "Report"a Şirkətdən məlumat verilib.

"Qala Sığorta" ötən ilin eyni dövründə praktiki olaraq fəaliyyət göstərmədiyindən və sığorta haqqı toplamadığından onun son bir il üzrə daxilolmalarının dinamikasını hesablamaq mümkün olmayıb.

Bu il isə "Qala Sığorta"nın ödənişləri olmayıb. Şirkətdə bunu sığorta hadisəsinin baş verməməsi ilə izah edirlər. Xatırladaq ki, ötən ilin eyni dövründə "Qala Sığorta" 39 810 manat ödəniş etmişdir.

Xatırladaq ki, "Qala Sığorta" şirkəti 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19,39 manat olan 350 min səhm əsasında formalaşıb. Şirkətin 100% səhmləri "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi