"Qafqaz İnkişaf Bankı"nın zərəri 3 dəfəyə yaxın artıb

"Qafqaz İnkişaf Bankı"nın zərəri 3 dəfəyə yaxın artıb Hesabat ilində Bankın qeyri-faiz gəlirləri 9 dəfə artıb
Maliyyə
26 Yanvar , 2016 13:35
Qafqaz İnkişaf Bankının zərəri 3 dəfəyə yaxın artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Qafqaz İnkişaf Bankı" ASC-nin zərəri 2015-ci ildə 2,7 dəfə artaraq 673,8 min manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində Bankın gəlirləri illik müqayisədə 33,5% artaraq 17,1 mln. manat, xərcləri 3,8% artaraq 6,6 mln. manat təşkil edib.

Hesabat ilində faiz gəlirləri 2,6% artaraq 12,6 mln. manat, qeyri-faiz gəlirləri 9 dəfə artaraq 4,5 mln. manat, faiz xərcləri 7% artaraq 4,7 mln. manat, qeyri-faiz xərcləri 3,4% azalaraq 1,9 mln. manat olub. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 10,5 mln. manat təşkil edib. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına isə 11,1 mln. manat ayrılıb.

Qeyd edək ki, cari il yanvarın 1-nə "Qafqaz İnkişaf Bankı"nın nizamnamə kapitalı 57,0 mln. manat, məcmu kapitalı 59,8 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi