​"PSG Finans" aktivlərini 2 dəfəyə yaxın artırıb

​"PSG Finans" aktivlərini 2 dəfəyə yaxın artırıb BOKT ötən ili 117 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
12 Avqust , 2016 09:55
​PSG Finans aktivlərini 2 dəfəyə yaxın artırıb

Bakı. 12 avqust. REPORT.AZ/ "PSG Finans" bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin cəmi aktivləri 2016-ci ilin əvvəlinə 3,579 mln. manat təşkil edib. "Report" BOKT-un mühasibat balansına istinadən xəbər verir ki, bu, 2015-ci ilin əvvəli ilə müqayisədə 91,1% çoxdur.

BOKT-un aktivlərinin 49,1%-ni müştərilərə verilmiş kreditlər və avanslar təşkil edir. Bu, illik müqayisədə 82,9% çoxdur.

İl ərzində "PSG Finans"ın cəmi öhdəlikləri 2,1 dəfə artaraq 1,729 mln. manat, cəmi kapitalı isə 79,3% artaraq 1,85 mln. manat, o cümlədən nizamnamə kapitalı 70% artaraq 1,7 mln. manat olub.

Kredit təşkilatı ötən ili 117 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "PSG" şirkətlər qrupuna daxil olan təşkilatla yanaşı 2013-cü ildə yaradılan "PSG Broker" də (hazırkı "PSG Broker İnvestisiya Şirkəti" QSC) holdinqin üzvüdür. Şirkət hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya almayıb.

Son xəbərlər

Orphus sistemi