​Proqnoz: Yaxın 2-3 ayda dollar/avro məzənnəsi 1,22 USD/EUR-a çata bilər

​Proqnoz: Yaxın 2-3 ayda dollar/avro məzənnəsi 1,22 USD/EUR-a çata bilər ABŞ-da I rübün makroiqtisadi göstəriciləri gözləntilərdən zəif olub
Maliyyə
29 Aprel , 2015 18:11
​Proqnoz: Yaxın 2-3 ayda dollar/avro məzənnəsi 1,22 USD/EUR-a çata bilər

Bakı. 29 aprel. REPORT.AZ/ Bu ilin ilk rübündə ABŞ-da iqtisadi artım 0,2% olub. Gözləntilər bu rəqəmin 1% olması istiqamətində olub. Qeyd edək ki, əvvəlki rüb, yəni 2014-cü ilin son rübündə ÜDM 2,2% artıb.

"Report" xəbər verir ki, bunun nəticəsində ABŞ dollarının digər valyutalar, əsasən də avroya qarşı məzənnəsi düşüb. Bu gün səhər saatlarında 1,0960 USD/EUR olan məzənnə hazırda 1,1062 USD/EUR səviyyəsindədir.

ABŞ-da ÜDM göstəricilərinin zəif olması bu gün Bakı vaxtı ilə axşam saatlarında keçiriləcək Federal Ehtiyat Sisteminin iclasında ölkədə yaxın zamanlarda hətta bu il ərzində uçot dərəcəsinin artırılmaması qərarı dəstəklənəcək. Bu da dolların digər valyutalara nəzərən zəifləməsi tendensiyasının davam etməsinə səbəb olacaq.

"Report"un analitik qrupu əvvəlki proqnozlarına sadiq qalaraq dollar/avro məzənnəsinin yaxın 2-3 ayda 1,22 USD/EUR səviyyəsinə yüksələcəyini istisna etmir.

Son xəbərlər

Orphus sistemi