Proqnoz: Rusiyada dollar 50 rubla qədər ucuzlaşa bilər

Proqnoz: Rusiyada dollar 50 rubla qədər ucuzlaşa bilər Rublun güclənməsi isə Azərbaycan manatını da bahalaşdıracaq
Maliyyə
6 Oktyabr , 2016 16:02
Proqnoz: Rusiyada dollar 50 rubla qədər ucuzlaşa bilər

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dünya neft bazarında müşahidə olunan qiymətlərin müsbət dinamikasının davam etməsi Rusiyada dolların məzənnəsi 50 RUB/USD-yə kimi azalda bilər. 

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya "Vneşekonombank"ının sədr müavini Andrey Klepaç Berlində keçirilən RF-Almaniya iqtisadi konfransında bildirib. Onun sözlərinə görə, neft qiymətləri 56-57 dollar/barelə kimi yüksələrsə, dolların məzənnəsinin 50 rubla qədər enməsi mümkündür.

A.Klepaç həmçinin qeyd edib ki, 2017-ci ildə neftin qiyməti 50 dollar/bareldən çox olacaq: "Beynəlxalq proqnozlar neft qiymətlərini 46 dollardan 50 dollara yüksəldib. Bizim hökumət isə büdcədə neftin qiymətini 40 dollardan hesablayıb. Bu is çox konservativ variantdır".

Bankirin proqnozlarına görə, bu il Rusiya iqtisadiyyatı 0,6-0,7% azalsa da, gələn il 0,7%, 2018-ci ildə 1,5% , 2019-cu ildə isə 2,5% artacaq.

"Report"un analitik qrupu hesab edir ki, rublun məzənnəsi möhkəmlənərsə, manatın məzənnəsini də ciddi artım gözləyəcək və dollar/manat nisbəti 1,50 AZN/USD-yə doğru geriləyə bilər.

Son xəbərlər

Orphus sistemi