​Proqnoz: Avro artıq III rübdə dollarla bərabərləşəcək

​Proqnoz: Avro artıq III rübdə dollarla bərabərləşəcək Analitiklər: "İstənilən halda, avro ehtiyatlarınızı satın"
Maliyyə
26 İyun , 2015 17:55
​Proqnoz: Avro artıq III rübdə dollarla bərabərləşəcək

Bakı. 26 iyun. REPORT.AZ/ Avronun Yunanıstandakı maliyyə böhranından daha çox Avropa Mərkəzi Bankının həyata keçirdiyi monetar siyasət nəticəsində dollarla bərabər məzənnəyə düşəcəyi ehtimal olunur.

"Report" xəbər verir ki, bunu "Barclays Plc." investisiya bankı və "Bank of Tokyo-Mitsubishi UFJ Ltd."nin iqtisadi strategiya üzrə təhlilçiləri bildiriblər. Analitiklər avronun taleyi ilə əlaqədar, "Yunanıstan Avrozonanı tərk edərsə, avrolarınızı satın, kreditorlarla razılaşarsa yenə də avrolarınızı satın" məsləhətini veriblər. Təhlilçilər avronun cari məzənnəsinin Mərkəzi Bankın monetar siyasətinə, yəni istiqraz almaqla maliyyə bazarına əlavə likvidlik çıxarmaq proqramına bağlı olduğunu vurğulayırlar.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı 1,1 trln. avro (təxminən 1,23 trln. dollar) həcmində olan monetar ekspansiya proqramını 2016-cı ilin oktyabr ayında bitirəcəyini bildirib. Ekspansiya nəticəsində istiqrazların faizləri aşağı düşəcək, fond birjalarında səhmlərin qiyməti isə likvidliyin artması səbəbindən yüksələcək.

"Bloomberg" agentliyinin verdiyi xəbərə görə, avro, Yeni Zelandiya pul vahidindən sonra 2015-ci ildə 4,4% səviyyəsində zəifləmə tempi ilə ikinci yerdədir. "Barclays Asiya Pasifik"in (Sinqapur) valyuta strategiyası üzrə təhlilçisi Mitul Koteça bildirib ki, ABŞ ilə Aİ arasında iqtisadi artım və faizlər üzrə müşahidə olunan fərqlər avronu zəiflədəcək.

Ekspert avronun bu ilin III rübündə dollarla paritetə düşəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, FES-in bu ilin sentyabr ayından etibarən ölkədə uçot dərəcəsini artırmağı planlaşdırır. Hazırda ABŞ-da uçot dərəcəsi illik 0-0,25% aralığında dəyişir.

Son xəbərlər

Orphus sistemi