"Prokredit" istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb

"Prokredit" istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb İstiqrazlar üzrə gəlirlilik 12% təşkil edir
Maliyyə
6 Mart , 2015 11:24
Prokredit istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın “Prokredit” bank olmayan kredit təşkilatı bu gündən etibarən Bakı Fond Birjasında faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının yeni emissiyasının yerləşdirilməsinə başlayıb.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, emissiyanın həcmi hər bir istiqrazın nominal dəyəri 1 min manat olmaqla 400 min manat təşkil edir. İstiqrazlar üzrə orta gəlirlik illik 12%, tədavül müddəti 730 gündür.

Emissiyanın yerləşdirilməsində anderrayter qismində "Çelsi Kapital" MMC çıxış edir.

Son xəbərlər

Orphus sistemi