Prezidentin köməkçisi: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik”

Prezidentin köməkçisi: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik” N.Əmirovun post-neft dövrünün belə tez yetişəcəyini gözləmədiklərini açıqlayıb
Maliyyə
27 Sentyabr , 2016 16:55
Prezidentin köməkçisi: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik”

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2025-ci ilə qədər iqtisadi inkişafı ilə bağlı yol xəritəsinin hazırlanması üçün “McKinsey & Company” şirkəti cəlb edilib. 

“Report” xəbər verir ki, bu barədə “Financial Times” jurnalına açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

N.Əmirov post-neft dövrünün belə tez yetişəcəyini gözləmədiklərini açıqlayıb: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik, amma faktiki olaraq bu gün artıq həmin vəziyyətdəyik”.

Qeyd edək ki, “McKinsey & Company” ötən ay bir neçə ölkənin iqtisadi diversifikasiyası üçün konsultasiya xidmətləri göstərməyə başladıqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi