Prezident ARDNF-in 2015-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Prezident ARDNF-in 2015-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb Fondun ötənilki büdcəsinin gəlirləri 7,721 mlrd. manat, xərcləri isə 9,188 mlrd. manat səviyyəsində təsdiqlənib
Maliyyə
18 May , 2016 18:34
Prezident ARDNF-in 2015-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Bakı. 18 may. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı və Fondun maliyyə fəaliyyəti barədə beynəlxalq auditor təşkilatının rəyi nəzərə alaraq imzalanıb. 

Sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası, gəlirlər 7 721 084,9 min manat, xərclər 9 187 826,9 min manat və ya Fondun 2015-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində olmaqla təsdiq edilib. 

Sıra N-si Göstəricilər min manat
Gəlirlər cəmi: 7 721 084,9
o cümlədən
1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 7 369 582,1
2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 2 220,1
3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 11 594,9
4. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) 2 108,3
5. Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 335 579,5
Xərclər cəmi: 9 187 826,9
o cümlədən
1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 149 998,4
2. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə transfert 8 130 000,0
3. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 89 997,8
4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 61 521,7
5. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi 35 538,0
6. Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi 692 849,4
7. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 27 921,6

Son xəbərlər

Orphus sistemi