​“Pensiya+” xidmətinə 150 ticarət məntəqəsi qoşulub

​“Pensiya+” xidmətinə 150 ticarət məntəqəsi qoşulub Azərbaycan Beynəlxalq Bankının (ABB) “Pensiya+” xidmətinə 150 ticarət məntəqəsi qoşulub
Maliyyə
23 Sentyabr , 2014 10:06
​“Pensiya+” xidmətinə 150 ticarət məntəqəsi qoşulub
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) “Pensiya+” xidmətinə 150 ticarət məntəqəsi qoşulub. Bu barədə “Report”a ABB-nin mətbuat xidmətindən məlumat verilib.

Bütün pensiya kartı sahibləri “Riyadfarm”, “Avesta Farm” və “Azəri-Med” şirkətlərinin apteklərində, “Oksigen” klinikasında, “Neptun", “Araz”, “Makromarket”, “Armo Store”, “Rahat", "Favorit”, “Everest” və “Bolmart” supermarketlər şəbəkələrində nağdsız ödənişlərlə alış-veriş edə bilərlər. Hazırda 20-dən artıq müəssisə bu xidmətə qoşulub. Yaxın gələcəkdə müəssisələrin sayı daha da artırılacaq və ölkənin regionları da əhatə olunacaq.

“Pensiya+” xidməti çərçivəsində bütün pensiya kartlarının sahibləri avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limiti əldə edə bilərlər. Bununla belə, təqaüdçünün müraciəti əsasında bu məbləğ artırıla bilər. Xidmət pulsuzdur, təqaüdçüdən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.

Kredit limiti yalnız müəyyən ticarət müəssisələrində nağdsız alış-veriş zamanı, həmçinin ABB-nin bankomatları və rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə oluna bilər. Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən avtomatik şəkildə tutulur. Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşdirilir.

Son xəbərlər

Orphus sistemi