​"PAŞA Bank" Şəkidə regional biznes-forum keçirib

​"PAŞA Bank" Şəkidə regional biznes-forum keçirib Forum aqrar-sənaye və kənd təsərrüfatının maliyyələşdirilməsinə həsr olunub
Maliyyə
23 Oktyabr , 2014 16:53

Bakı. 23 oktyabr. REPORT.AZ/ Şəkidə “Aqrar sənayenin və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivləri” mövzusunda regional biznes-forum keçirilib. Tədbiri "PAŞA Bank" ASC təşkil edib. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Foruma Şəki, Zaqatala, Qəbələ, Oğuz şəhərlərindən və yaxın rayonlardan kiçik və orta biznes (KOB) sektorunun 50-yə yaxın müəssisə və dövlət qurumlarının nümayəndələri qatılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, "PAŞA Holdinq", "PAŞA Bank" və "PAŞA Sığorta"nın mütəxəssisləri məruzə ilə çıxış ediblər.

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımovun sözlərinə görə, Bank özünü müştərilərə daha çox maliyyə tərəfdaşı kimi təqdim edir, hansı ki, maliyyə məsələlərini həll etməklə yanaşı, biznes konsultasiyalar da təklif edir: "Ona görə bugünki tədbirdə qarşımıza qoyduğumuz əsas məqsəd aqrar-sənaye və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivlərində bankların, xüsusən də "PAŞA Bank"ın rolu haqqında müzakirələr və fikir mübadiləsi aparmaqdır”.

Forum çərçivəsində iştirakçılar kənd təsərrüfatı və aqrar-sənayenin müasir vəziyyəti, onların ölkənin iqtisadiyyatında rolu, KOB sektorunun sahibkarlarının iştirakı ilə aqrar sənayenin potensial inkişaf imkanları kimi mövzuları müzakirə ediblər. Nümayəndələr həmçinin alternativ maliyyə mənbələrindən istifadə imkanları, yerli şirkətlərin timsalında özəl investisiya imkanları və s. ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi