​“PAŞA Bank”ın yarımillik xalis mənfəəti 54% azalıb

​“PAŞA Bank”ın yarımillik xalis mənfəəti 54% azalıb Azərbaycanın “PAŞA Bank” ASC-nin 2014-cü ilin ilk yarısında xalis mənfəəti 2,499 mln. manat təşkil edib ki
Maliyyə
17 Sentyabr , 2014 15:16

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın “PAŞA Bank” ASC-nin 2014-cü ilin ilk yarısında xalis mənfəəti 2,499 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 54% azdır. “Report” xəbər verir ki, bunu 2014-cü ilin yanvar-iyun ayları üzrə maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov bildirib.

T.Kazımovun sözlərinə görə, hesabat dövründə Bankın vergi ödənilənədək mənfəəti 3,938 mln. manat təşkil edib. Ümulikdə, Bankın əməliyyat gəlirləri 27,414 mln. manat olub ki, bu da 2013-cü ilə nisbətən 6% çoxdur.

Bankın məcmu aktivlərinin həcmi son bir ildə 42% artaraq cari ilin iyulun 1-nə 998,004 mln. manata çatıb. Aktivlərin strukturunda 37% müştərilərə verilmiş kreditlər, 34% qiymətli kağızlara investisiyalar, 15% nağd pul, 6% kredit təşkilatlarına verilən vəsaitlər, 8% isə dövriyyə və qeyri-dövriyyə aktivlərinin payına düşüb.

Son bir ildə Bankın ümumi kredit portfeli 10% artaraq 384,522 mln. manata çatıb. Portfel üzrə effektiv ehtiyat dərəcəsi isə 3,3% civarındadır, halbuki 2013-cü ildə bu rəqəm 6,2%-ə bərabər olub.

Bankın müştəri bazasında 449,188 mln. manat vəsait var ki, bunun da 63%-i tələb olunanadək, 37%-i müddətli depozitlərin payına düşür. Ötən ilin müvafiq dövrünə nisbətən tələb olunanadək depozitlərin xüsusi çəkisi 2 faiz bəndi artıb, müddətli depozitlər üzrə isə 2 faiz bəndi azalıb.

Eyni zamanda, məcmu kapital göstəricisi 342,320 mln. manat olub.

Tədbirdə iştirak edən “PAŞA Bank”ın Xəzinədarlıq Departamentinin direktoru Bəhruz Nağıyev faiz gəlirində artım müşahidə edildiyini açıqlayıb. Belə ki, hesabat dövründə faiz gəlirləri 9% artaraq 30,099 mln. manat təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 4,191 mln. manata çatıb.

Sənədli əməliyyatlar üzrə bu göstərici 64,707 mln. manat olub və “PAŞA Bank”ın strateji hədəf 2014-cü ildə ticarətin maliyyələşdirilməsi portfelini 144,0 mln. manata çatdırmaqdır.

Həmçinin bildirilib ki, bu il Bank səhmdarlarına 2013-cü ilin xalis mənfəətindən 14,992 mln. manat həcmində dividend ödəyib.

Son xəbərlər

Orphus sistemi