​“PAŞA Bank” Türkiyə bazarına çıxır

​“PAŞA Bank” Türkiyə bazarına çıxır Azərbaycanın “PAŞA Bank” ASC Türkiyənin bank xidmətləri bazarına çıxmağa hazırlaşır
Maliyyə
18 Sentyabr , 2014 12:17
​“PAŞA Bank” Türkiyə bazarına çıxır
Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın “PAŞA Bank” ASC Türkiyənin bank xidmətləri bazarına çıxmağa hazırlaşır. “Report”un xəbər verdiyi kimi, bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov bildirib. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Türkiyənin müvafiq qurumları ilə danışıqlar aparılır.

Məsələ ilə bağlı “Report”un suallarını cavablandıran “PAŞA Bank”ın mətbuat xidmətinin rəhbəri Əmir Məmmədov bildirib ki, Türkiyədə bankın törəmə qurumunun açılması ilə bağlı danışıqlar hələ davam etdiyinə görə, bunun nə vaxt reallaşacağı dəqiq bilinmir. Bununla yanaşı "PAŞA Bank"ın Türkiyə bazarında hansı hüquqi statusla (filial, nümayəndəlik və s.) fəaliyyət göstərəcəyi müzakirə predmetidir.

Xatırladaq ki, 2013-cü ilin yanvar ayında Gürcüstanda “PASHA Bank Georgia” SC fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi