​“PAŞA Bank” kontaktsız ödəniş kartlarını təqdim edib

​“PAŞA Bank” kontaktsız ödəniş kartlarını təqdim edib Kartlar "McDonald's" restoranlarında ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulub
Maliyyə
25 Sentyabr , 2014 16:13
​“PAŞA Bank” kontaktsız ödəniş kartlarını təqdim edib

Bakı. 25 sentyabr. REPORT.AZ/ "McDonald's Azerbaijan" şirkəti, "Visa" beynəxalq ödəniş təşkilatı və "PAŞA Bank" ASC Azərbaycandakı "McDonald's" restoranlarında "Visa payWave" kontaktsız kartların qəbulu ilə bağlı layihəyə rəsmən start verib. Bu barədə “Report”a həmin kartların Bakıda keçirilən təqdimat mərasimində məlumat verilib.

"Visa payWave" kartları və "Near Field Communication" (NFC) texnologiyası ilə smartfonla ilk kontaktsız əməliyyat bu gün, sentyabrın 25-də Bakı şəhəri, Nizami küçəsi, 340, Fəvvarələr Meydanında yerləşən mərkəzi "McDonald's" restoranında həyata keçirilib.

Layihənin ekvayrinq tərəfdaşı olan "PAŞA Bank" bütün restoranlar şəbəkəsini "Visa payWave" kontaktsız ödənişlərin qəbuluna imkan verən yeni terminallarla təmin edib.

"McDonald's Аzerbaijan" şirkəti öz restoranlarında "Visa payWave" kontaktsız texnologiya ilə kart qəbulunu təmin edərək, sürətli xidmət göstərən restoranlar kateqoriyası üzrə ölkədə ilk şirkət olub. Hazırda "McDonald's" şəbəkəsində quraşdırılmış yeni avadanlıq sayəsində, qonaqlar sifarişlərini həm maqnit zolaqlı və ya çipli ənənəvi ödəniş kartları ilə, eləcə də "Visa payWave" kontaktsız kartlarla tez və təhlükəsiz şəraitdə ödəyə bilərlər. Bu halda ödənişin ənənəvi ödəniş kartı vasitəsilə həyata keçirilməsi üçün alıcı sərbəst şəkildə kartı keçirir və ya terminala daxil edir. "Visa payWave" kontaktsız kartları vasitəsilə ödəniş zamanı kartı kassirə vermədən onu sadəcə olaraq ödəniş terminalında kontaktsız oxuyucuya yaxınlaşdırmaq kifayətdir.

Kredit kartları ilə yanaşı, "Visa payWave" texnologiyası kontaktsız ödənişləri dəstəkləyən mobil telefonlarda da həyata keçirilə bilər. Smartfonun köməyi ilə "Visa payWave" kartları vasitəsilə ödənişləri qəbul edən terminallarda da ödəmək olar.

Azərbaycanda "McDonald's" restoranları üçün "PAŞA Bank" ASC "Visa" ("Visa Easy Payments Service") kartları ilə sifarişlərin sürətli ödənilməsi proqramını həyata keçirib – 20 manata qədər məbləğdə ödəniş üçün qəbz və PİN-kodun daxil edilməsi lazım deyil. Bu isə öz növbəsində ödəniş prosesini daha sürətli və rahat edir. 

Son xəbərlər

Orphus sistemi