"PAŞA Sığorta"nın yığımları 68% artıb

"PAŞA Sığorta"nın yığımları 68% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
13 Oktyabr , 2016 15:59
PAŞA Sığortanın yığımları 68% artıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "PAŞA Sığorta" ASC-nin yığımları 81 220 485 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,34% çoxdur.

Hesabat dövründə "PAŞA Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 9 ay ərzində 33 159 900 manat ödəniş edib. Bu isə bir il əvvələ nisbətən 52,89% çoxdur.

Hesabat dövründə "PAŞA Sığorta" topladığı hər 100 manat sığorta haqqının 40,83 manatını müştərilərin geri qaytarıb. Bu nisbət 2015-ci ilin ilk 9 ayında 44,95% olub.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi