"PAŞA Həyat" sığorta şirkəti daha 25 min manat ödəniş edib

"PAŞA Həyat" sığorta şirkəti daha 25 min manat ödəniş edib Bu birdəfəlik sığorta ödənişi vəfat etmiş şəxsin ailəsinə ödənilib
Maliyyə
24 Dekabr , 2014 17:52
PAŞA Həyat sığorta şirkəti daha 25 min manat ödəniş edib

Bakı. 24 dekabr. REPORT.AZ/ "PAŞA Həyat" sığorta şirkəti könüllü həyat sığortası üzrə 25 min manat məbləğində ödəniş həyata keçirib. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, “Həyatın müddətli sığortası” növü üzrə "PAŞA Həyat"da sığortalanmış şəxs xəstəlik nəticəsində (infeksion olmayan) vəfat edib.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış qrup halında könüllü həyat sığortası müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, 25 min manat həcmində birdəfəlik sığorta ödənişi (sığorta məbləğinin 100%-i) vəfat etmiş şəxsin ailəsinə ödənilib.

Qeyd edək ki, “PAŞA Həyat" sığorta şirkəti tərəfindən 2014-cü ilin yanvar ayından indiyədək ümumilikdə 2,831 mln. manat həcmində sığorta ödənişləri həyata keçirilib ki, bunun da 37%-i (1,048 mln. manat) könüllü həyat sığortası növlərinin payına düşüb.

"PAŞA Holdinq" Şirkətlər Qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi