"PAŞA Həyat" sığorta şirkəti bazara banklarla birlikdə ortaq məhsullar çıxaracaq

"PAŞA Həyat" sığorta şirkəti bazara banklarla birlikdə ortaq məhsullar çıxaracaq Daxilolmaların həcminə görə şirkət həyat sığortası bazarında 42% paya malikdir
Maliyyə
24 İyun , 2016 11:25
PAŞA Həyat sığorta şirkəti bazara banklarla birlikdə ortaq məhsullar çıxaracaq

Bakı. 24 iyun. REPORT.AZ/ "PAŞA Həyat Sığorta" ASC Azərbaycanın sığorta bazarında ən iri aktivlərə malikdir və cəmi aktivləri 149 mln. manatdır. 

"Report" xəbər verir ki, bunu "PAŞA Həyat" sığorta şirkəti İdarə Heyətinin üzvü Rüstəm Məmmədov Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) “Azərbaycan həyat sığortası bazarı və yeni sığorta məhsulları” sessiyasında çıxışında məlumat verib.

"Şirkət investisiya portfelinə görə də bazarda liderdir, 119 mln. manat investisiya portfelinə malikdir. Bu da onu göstərir ki, şirkət aktiv əməkdaşlığa əhəmiyyət verir - müştəriyə fokuslanmış şirkətdir", - deyə R.Məmmədov qeyd edib.

Şirkət rəsmisi qeyd edib ki, "PAŞA Həyat" yığımların xüsusi çəkisinə görə, ölkə üzrə həyat sığortası bazarında 42% paya malikdir: "Ümumi sığorta bazarında isə payı 12,3%-dir. Sığorta ödənişlərində şirkətin bazar payı daha yüksəkdir. Toplam 3 həyat sığortası şirkətinə baxdıqda, son 3 ildə ödənişlərin 54,5%-i məhz bizim şirkətin payına düşür".

"Məhsulların banklar üzərindən satışına çalışırıq. Banklarla birlikdə ortaq məhsullar çıxara bilərik. Gələcəkdə, 2017-ci ildə bunun üzərində aktiv işləyəcəyik”, - deyə R.Məmmədov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi