Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "Paşa Həyat Sığorta" ASC-nin yığımları 33,032 mln. manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
Hesabat dövründə "Paşa Həyat Sığorta"nın ödənişləri isə kəskin artıb. Belə ki, 5 ay ərzində şirkət 9,985 mln. manat ödəniş həyata keçirib. Bu isə illik müqayisədə 2,3 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə "Paşa Həyat Sığorta" topladığı hər 100 manat sığorta haqqının 30,23 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-may aylarında 14,65% olub.