​"PAŞA Həyat Sığorta"nın yığımları 25% artıb

​"PAŞA Həyat Sığorta"nın yığımları 25% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
15 Avqust , 2016 15:48
​PAŞA Həyat Sığortanın yığımları 25% artıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "PAŞA Həyat Sığorta" ASC-nin yığımları 49 579 820 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38% çoxdur.

Hesabat dövründə "PAŞA Həyat Sığorta"nın ödənişləri də artıb. Belə ki, şirkət 7 ay ərzində 13 567 048 manat ödəniş edib. Bu isə bir il əvvələ nisbətən 98,6% (təxminən 2 dəfə) çoxdur.

Cari ilin yanvar-iyul aylarında "PAŞA Həyat Sığorta" topladığı hər 100 manat sığorta haqqının 27,36 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 19,01% olub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi