"PAŞA Həyat" növbəti iri sığorta ödənişini həyata keçirib

"PAŞA Həyat" növbəti iri sığorta ödənişini həyata keçirib Ödəniş neft-qaz hasilatının inkişafına dəstək göstərən şirkətdə çalışan işçinin peşə əmək qabiliyyətinin 80%-ni itirməsi ilə bağlı olub
Maliyyə
29 İyun , 2015 16:08
PAŞA Həyat növbəti iri sığorta ödənişini həyata keçirib

Bakı. 29 iyun. REPORT.AZ/ “PAŞA Həyat” sığorta şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti sığorta ödənişini həyata keçirib. “PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsə 95 min manata yaxın sığorta ödənişi verib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, neft-qaz hasilatının inkişafına dəstək göstərən şirkətlərin birində çalışan işçinin baş vermiş bədbəxt hadisə zamanı xəsarət alması sığorta olunanın peşə əmək qabiliyyətinin 80%-ni itirməsi ilə nəticələnib. Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə zərərçəkmiş şəxsin ailəsinə 94 902 manat həcmində birdəfəlik sığorta ödənişi verilib.

“PAŞA Həyat” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Son xəbərlər

Orphus sistemi