Bakı. 20 aprel. REPORT.AZ/ “PAŞA Həyat" sığorta şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 10,4 min manat ödəniş həyata keçirib.
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, neft istehsalı ilə məşğul olan şirkətlərin birində çalışan işçi baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.
Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 10 404 manat həcmində birdəfəlik sığorta ödənişi verilib.
“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığortası, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.