​"PAŞA Bank" yenilənmiş filialının açılışını edib

​"PAŞA Bank" yenilənmiş filialının açılışını edib Şüvəlan Biznes Mərkəzi "PAŞA Bank"ın 2009-cu ilin aprelində açılan ilk filialıdır
Maliyyə
21 İyul , 2015 20:20
​PAŞA Bank yenilənmiş filialının açılışını edib

Bakı. 21 iyul. REPORT.AZ/ Bakıda "PAŞA Bank" ASC-nin Almas İldırım küçəsi, 68 ünvanında yerləşən Şüvəlan Biznes Mərkəzinin açılışı olub. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Filialın açılışında bankın rəhbərliyi və işçiləri iştirak ediblər.

Məlumata görə, Şüvəlan Biznes Mərkəzinin yenilənməsi bankın 2015-2017-ci illər üçün inkişaf Strategiyasına uyğun olaraq keçirilib ki, bu strategiyanın maddələrindən biri də müştəriyə yönümlülüyün gücləndirilməsi və bank idmətlərinin daha yüksək səviyyədə təmin edilməsidir.

Bundan əvvəl olduğu kimi, Şüvəlan filialı kompleks maliyyə xidmətləri, o cümlədən kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, kapital bazarına çıxışa yardım, ticarətin maliyyələşdirilməsi kimi xidmətləri təqdim edir.

Yenilənmiş Biznes Mərkəzində müştərilərə xidmət, həmçinin tərəfdaşlarla danışıqlar aparmaq üçün əlavə yer ayrılıb.

Xatırladaq ki, Şüvəlan Biznes Mərkəzi "PAŞA Bank"ın 2009-cu ilin aprelində açılan ilk filialıdır.

Son xəbərlər

Orphus sistemi