"Paşa Bank"ın Türkiyə törəməsinin rəhbərliyində dəyişiklik olub

"Paşa Bank"ın Türkiyə törəməsinin rəhbərliyində dəyişiklik olub Cəlal Qasımov Bankın İdarə Heyətinin sədr müavini təyin edilib
Maliyyə
1 Aprel , 2016 13:55
Paşa Bankın Türkiyə törəməsinin rəhbərliyində dəyişiklik olub

Bakı. 1 aprel. REPORT.AZ/ "Paşa Bank" ASC-nin Türkiyədə törəmə qurumu olan "Pasha Yatırım Bankası"nın rəhbərliyində dəyişiklik olub. 

"Report"un törəmə bankının saytına istinadən verdiyi xəbərə görə, Cəlal Qasımov Bankın İdarə Heyətinin sədr müavini təyin edilib. Bundan əvvəl C.Qasımov sadəcə İdarə Heyətinin üzvü olub. 

Xatırladaq ki, C.Qasımovdan əvvəl həmin vəzifəni S.Batu Aksoy icra edib.

 Qeyd edək ki, hazırda İdarə Heyətinin sədri Ağa Əli Kamalovdur. 

Son xəbərlər

Orphus sistemi