"Paşa Bank"ın problemli kreditləri 2 dəfədən çox artıb

"Paşa Bank"ın problemli kreditləri 2 dəfədən çox artıb Bankın depozit portfelində də analoji artım tempi qeydə alınıb
Maliyyə
22 Yanvar , 2016 15:02
Paşa Bankın problemli kreditləri 2 dəfədən çox artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ "Paşa Bank" ASC-nin kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,12 faiz bəndi artaraq 2015-ci ilin sonuna 11,42%-ə çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, cari il yanvarın 1-nə Bankda vaxtı keçmiş kreditlərin həcmi illik 2,5 dəfə artaraq 34,2 mln. manatdan 84,1 mln. manata yüksəlib.

Hesabat ilində Bankın aktivləri 65,9% artaraq 2,1 mlrd. manat, kredit portfeli 35,7% artaraq 736,9 mln. manat olub. Depozit portfelində kəskin artım qeydə alınıb. Belə ki, depozit portfeli 2 dəfə artaraq 1,3 mlrd. manata yüksəlib. Cari il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 333,0 mln. manat, məcmu kapitalı 355,3 mln. manat təşkil edib. 

Qeyd edək ki, cari il yanvarın 1-nə əsasən Mərkəzi Bankın "Paşa Bank"a qarşı tələbləri 3 mln. manat səviyyəsinə çatıb. Bu tələb ötən ilin sonuncu rübündə yaranıb.

Son xəbərlər

Orphus sistemi