"Paşa Bank"ın aktivləri illik 66% artıb

"Paşa Bank"ın aktivləri illik 66% artıb Kredit portfelinin 22%-i problemlidir
Maliyyə
31 İyul , 2015 13:18
Paşa Bankın aktivləri illik 66% artıb

Bakı. 31 iyul. REPORT.AZ/ "Paşa Bank" ASC-nin aktivləri illik müqayisədə 65,5% artaraq cari ilin iyulun 1-nə 1 644,5 mln. manata yüksəlib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 75,7% artaraq 641,5 mln. manata çatıb. Kredit portfelinin 21,68%-nin və ya 139,1 mln. manatının ödəniş vaxtı keçib.

Depozit portfelində isə artım 2 dəfədən çox olub və iyulun 1-nə 952,0 mln. manat təşkil edib.

Qeyd edək ki, cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı 333,0 mln. manata bərabər olub. 

Son xəbərlər

Orphus sistemi