​"PAŞA Bank"ın aktivləri əsasən biznesin genişlənməsi hesabına artıb

​"PAŞA Bank"ın aktivləri əsasən biznesin genişlənməsi hesabına artıb Xəyalə Nağıyeva: "Bankın aktivlərinin 40%-i kredit portfeli payına düşür"
Maliyyə
20 İyun , 2016 15:02
​PAŞA Bankın aktivləri əsasən biznesin genişlənməsi hesabına artıb

Bakı. 20 iyun. REPORT.AZ/ "PAŞA Bank" ASC 2015-ci il ərzində məcmu aktivlərini 80% artırıb.

"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü, maliyyə inzibatçısı Xəyalə Nağıyeva bildirib.

Onun sözlərinə görə, aktivlərin 50%-dən çoxu biznesin genişlənməsi hesabına, 41%-i isə xarici valyutada olan aktivlərin yenidən qiymətləndirilməsi hesabına artıb. Ötən ilin sonuna Bankın aktivlərinin 60%-dən çoxu Azərbaycan manatında olub.

X.Nağıyeva qeyd edib ki, Bankın aktivlərinin 60%-ni digər banklarda olan nağd vəsaitlər, 40%-ni isə kredit portfeli təşkil edib.

Son xəbərlər

Orphus sistemi