"PAŞA Bank (Gürcüstan)" aktivlərini 4% artırıb

"PAŞA Bank (Gürcüstan)" aktivlərini 4% artırıb Bank I yarımilliyi xalis mənfəətlə başa vurub
Maliyyə
1 Sentyabr , 2016 18:06
PAŞA Bank (Gürcüstan) aktivlərini 4% artırıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ "PAŞA Bank (Gürcüstan)" SC-nin məcmu aktivləri 2016-cı il iyulun 1-nə 293,317 mln. gürcü larisi (təxminən 208,6 mln. manat) təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 3,9% çoxdur.

İyunun sonuna "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinin aktivlərinin 35%-ə yaxın hissəsini və yaxud 101,923 mln. larisini (təxminən 72,5 mln. manat) müştərilərə verilmiş kreditlər təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 6,1% azdır.

Son 6 ayda Bankın cəmi öhdəlikləri 4,7% artaraq 192,708 mln. lari (təxminən 137 mln. manat), cəmi kapitalı isə 2,5% artaraq 100,609 mln. lari (71,6 mln. manat) olub.

Yanvar-iyun aylarında "PAŞA Bank (Gürcüstan)"ın faiz gəlirləri 11,624 mln. lari (təxminən 8,3 mln. manat), faiz xərcləri 3,997 mln. lari (təxminən 2,8 mln. manat), qeyri-faiz gəlirləri 434 min lari (təxminən 0,3 mln. manat), qeyri-faiz xərcləri isə 5,536 mln. lari (təxminən 3,9 mln. manat) təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 2,525 mln. lari (təxminən 1,8 mln. manat) olub.

"PAŞA Bank (Gürcüstan)" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün ehtiyatların yaradılmasına cəmi 24 min lari (17 min manat), mənfəət vergisinin ödənilməsinə isə 311 min lari (221 min manat) xərc çəkib. Bununla da Bank 2016-cı ilin ilk yarısını 2,238 mln. lari (1,6 mln. manat) xalis mənfəətlə başa vurub.

Son xəbərlər

Orphus sistemi