​"Paşa Bank" birinci yarımili zərərlə başa vurub

​"Paşa Bank" birinci yarımili zərərlə başa vurub Birinci yarımilliyi Bank 32 mln. manat faiz mənfəəti və 12,2 mln. manat qeyri-faiz zərəri ilə başa vurub
Maliyyə
30 İyul , 2015 12:43
​Paşa Bank birinci yarımili zərərlə başa vurub

Bakı. 30 iyul. REPORT.AZ/ "Paşa Bank" ASC cari ilin birinci yarısını vergi ödənildikdən sonra 873 min manat zərərlə başa vurub. Bankın vergilər ödənilənədək mənfəəti isə 171 min manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın gəlirlərində 27,9%, xərclərində isə 17,2% artım qeydə alınıb.

Hesabata əsasən, cari ilin birinci yarısında "Paşa Bank" 44,652 mln. manat gəlir əldə edib. Gəlirlərin 40,122 mln. manatı faiz, 4,53 mln. manatı qeyri-faiz gəlirlərinin payına düşüb. Bu müddətdə Bankın xərcləri 24,893 mln. manat təşkil edib. Bunun da 8,147 mln. manatı faiz, 16,746 mln. manatı qeyri-faiz əməliyyatlarından yaranıb. Nəticədə, Bank birinci yarımilliyi 31,975 mln. manat faiz mənfəəti və 12,216 mln. manat qeyri-faiz zərəri ilə başa vurub.

Beləliklə, xalis əməliyyat mənfəəti 19,76 mln. manat təşkil edib. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 19,589 mln. manat ayrılıb.

Qeyd edək ki, ötən ilin birinci yarısında "Paşa Bank"ın vergi ödənilənədək mənfəəti 8,367 mln. manat, vergi ödənildikdən sonra xalis mənfəəti isə 6,656 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi