"PAŞA Bank" aktivlərin diversifikasiyasına çalışır

"PAŞA Bank" aktivlərin diversifikasiyasına çalışır Xəyalə Nağıyeva: "Aktivlərimizi kapital hesabına deyil, müştərilər hesabına da maliyyələşdiririk"
Maliyyə
18 Oktyabr , 2016 12:18
PAŞA Bank aktivlərin diversifikasiyasına çalışır
Paşa Bank / Report

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Aktivlərin diversifikasiyasını artırmağa çalışırıq. Bunun üçün hədəf müəyyən yeni maliyyə alətlərinin, həm də investisiya portfelinin genişləndirilməsi, bazarda müyyən alətlərin təşviqatını artırmaqdır".

"Report"un verdiyi xəbərə görə, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva bu gün yarımilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib: "Yalnız kreditlərlə rəqabət apara bilmərik. Digər alternativ alətlərə ehtiyacımız var. Bu, həm bank kimi gücümüzü göstərəcək, həm də aktivlərin diversifikiasında özünü göstərəcək. Bu, həm də reyrtinq agentliklərinin diqqət yetirdiyi əsas məqamlardandır".

Qeyd edib ki, "PAŞA Bank"ın kredit porfeli aktivlərin 41%-ni təşkil edir. Aktivlərdə ikinci mövqeyə nağd pul (38%) malikdir. Digər investisiya, qiymətli kağızların payı isə 5-10% arasında dəyişir.

"Kredit portfelinin ən böyük hissəsi xidmət sahəsindədir. Bu gün Bank daha sərfəli ticarət xidmətləri göstərir. İkinci, istehsalat sahəsidir. Bank yerli istehsalı dəstəkləyir. Üçüncü, fiziki şəsxlərə verilən kreditlərdir. Bu, açıq reteyl bankçılıq deyil, "PAŞA Bank" və əməkdaş şirkətlərin əməkdaşları, korporativ müştərilərin işçilərinə, habelə "Private Banking" müştərilərinə verilən kreditlərdir", - deyə Bank rəsmisi əlavə edib.

"Passivlərin böyük hissəsi isə müştəri hesablarıdır. Aktivlərimizi kapital hesabına deyil, müştərilər hesabına da maliyyələşdiririk ki, bu da öz növbəsində bu dövrdə müştərilərin etibarının doğruldulmasını göstərir", - deyə X.Nağıyeva qeyd edib.

Baş maliyyə inzibatçısı bildirib ki, Bankın işçi heyəti 150 nəfər artıb: "Nəticədə, kadrlar üçün çəkilmiş xərclər, faiz xərlcərimiz əvvəlki dövrlərə nisbətən artıb. Ən böyük xərclərimiz müştəri qarşısında öhdəliklərlə bağlıdır. Bu da əsasən müddətli depozitlərin həcmindəki artımla bağlıdır".

Qeyd edək ki, "PAŞA Bank"ın konsolidə olunmuş maliyyə hesabtına əsasən, Bankın aktivləri ilin əvvəlindən 3% azalaraq iyulun 1-nə 2 224,983 mln. manat, müştərilərə verilən kreditlər 4% artaraq 983,679 mln. manat, müştərilən müddətli əmanətləri 14% artaraq 537,330 mln. manat, müddətsiz əmanətlər 10% azalaraq 814,582 mln. manat, cəmi kapitalı 4% artaraq 450,426 mln. manat təşkil edib.

Faiz gəlirləri ötən ilin yarımili ilə müqayisədə 43% artaraq cari ilin I yarımilliyində 65,372 mln. manat, valyuta əməliyyatları üzrə xalis gəlir -424 min manatdan 31,853 mln. manata yüksəlib. Ümumi mənfəət isə vergiyədək 12,4 dəfə artaraq 33,545 mln. manat, xalis mənfəət təxminən eyni həcmdə artaraq 24,416 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi