​"PAŞA Bank": 2015-ci ili uğurla başa vurub

​"PAŞA Bank": 2015-ci ili uğurla başa vurub Taleh Kazımov: "Bank əksər sahələrdən gəlir əldə edib"
Maliyyə
20 İyun , 2016 14:55
​PAŞA Bank: 2015-ci ili uğurla başa vurub

Bakı. 20 iyun. REPORT.AZ/ "PAŞA Bank" ASC 2015-ci ildə bank sektorunun fəaliyyət göstərdiyi əksər sahələrdən gəlir əldə edib və ili uğurla başa vurub. “Report” xəbər verir ki, bu açıqlama ilə "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edib.

Onun sözlərinə görə, ötən il Bankın faiz gəlirləri 56%, haqq və komisyon gəlirləri 6%, valyuta əməliyyatlarından gəlirləri 10%, banklararası əməliyyatlardan gəlirləri 7% artıb.

T.Kazımov qeyd edib ki, rəhbərlik etdiyi qurumun maliyyə durumunun yaxşı olması onun beynəlxalq reytinqinin də yaxşılaşmasına təsir edib: "Fitch" beynəlxalq reytinq agentliyi Bankın reytinqini "B+"dan "BB-"ə çatdırıb. Bu reytinq cari ilin mart ayında təsdiqlənib". 

İdarə Heyətinin sədri əlavə edib ki, Bank yaxın illərdə strategiyasını dəyişmək niyyətində deyil.

Onun sözlərinə görə, müasir dövrdə təkcə kredit təşkilatı kimi fəaliyyət göstərmək düzgün deyil. Odur ki, "PAŞA Bank" paralel olaraq maliyyə tərəfdaşı olmaqda davam edəcək.

Son xəbərlər

Orphus sistemi