Bankın audit hesabatına əsasən, son 3 il ərzində "Parabank"ın nizamnamə kapitalı 11,570 mln. manat olub və 2014-cü ilin ikinci rübün sonuna məcmu kapital 21,662 mln. manata çatdırılıb.
Qeyd edək ki, bu ilin avqust ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Parabank” ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 100 000 ədəd adi səhmlərinin emissiyası prospekti qeydiyyata alınıb. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra Bankın məcmu kapitalı 20 mln. manat artırılacaq.