​"Parabank"ın səhmdarları yığışacaq

​"Parabank"ın səhmdarları yığışacaq Yığıncağın gündəliyinə 5 əsas məsələ daxil edilib
Maliyyə
3 Fevral , 2016 17:20
​Parabankın səhmdarları yığışacaq

Bakı. 3 fevral. REPORT.AZ/ Martın 7-də saat 11:00-da “Parabank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Yığıncağın gündəliyinə 5 əsas məsələ daxil edilib. Bu, bankların birləşməsi, nizamnaməyə dəyişikliklərin edilməsi, “Parabank”ın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsinin yeni tərkibinin seçilməsidir.

Qeyd edək ki, AMB-dən "Report"a verilən məlumata görə, "NBC Bank", "Parabank" və "Kredobank" ASC konsolidasiya ilə bağlı niyyət protokolunu imzalayıb və konsolidasiyanın bu ilin aprelində həyata keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi