"Parabank"ın problemli kreditləri artıb

"Parabank"ın problemli kreditləri artıb Son bir ildə Bankdakı əmanətlərin həcmi 50% artıb
Maliyyə
11 Fevral , 2016 11:38
Parabankın problemli kreditləri artıb

Bakı. 11 fevral. REPORT.AZ/ "Parabank" ASC-nin aktivləri illik müqayisədə 17,4% artaraq 2016-cı il yanvarın 1-nə 190,7 mln. manat təşkil edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə kredit portfeli 29,2% artaraq 170,4 mln. manata çatıb. Bu müddətdə xarici valyutada kreditlərin həcmində artım, manatla kreditləşmədə isə əksinə, azalma müşahidə olunub. Xarici valyutada kreditlər 2,9 dəfə artaraq 84,1 mln. manata yüksəlib. Manatla kredit verilişi isə 15,96% azalaraq 86,4 mln. manata enib.

Hesabat ilində istehlak kreditləşməsində də artım qeydə alınıb. Belə ki, istehlak kreditlərinin həcmi 57,6% artaraq 54,3 mln. manat təşkil edib.

Cari il yanvarın 1-nə kreditlərin 31,1 mln. manatının ödəniş vaxtı keçib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Beləliklə, Bankın kredit portfelinin 18,3%-i problemlidir. 

Hesabat ilində "Parabank"ın depozit portfeli 46,99% artaraq 101,0 mln. manata çatıb. Bu müddətdə xarici valyutada olan depozitlərin həcmi 2,9 dəfə artaraq 79,3 mln. manata yüksəlib, manatla depozitlərin həcmi isə əksinə, 47,9% azalaraq 21,6 mln. manata enib.

Əhalinin əmanətlərinin həcmində də artım müşahidə olunub. Əmanətlərin həcmi illik müqayisədə 49,7% artaraq bu ilin əvvəlinə 98,5 mln. manata yüksəlib.

Cari il yanvarın 1-nə "Parabank"ın nizamnamə kapitalı 38,9 mln. manat, məcmu kapitalı 51,3 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi