"Parabank"da əhalinin əmanətləri 2,5 dəfə artıb

"Parabank"da əhalinin əmanətləri 2,5 dəfə artıb Bankda problemli kreditlərin xüsusi çəkisi 26%-ə çatıb
Maliyyə
24 May , 2016 10:49
Parabankda əhalinin əmanətləri 2,5 dəfə artıb

Bakı. 24 may. REPORT.AZ/ "Parabank" ASC-nin aktivləri illik müqayisədə 0,81% artaraq cari ilin aprelin 1-nə 193 631,01 min manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 29,5% artaraq 164 088,28 min manata yüksəlib.

Kredit portfelinin 43,69%-i və ya 71 690,94 min manatı xarici valyutada verilib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici valyutada verilən kreditlərin həcmində 52,3% artım müşahidə olunub.

İstehlak kreditləşməsi 13,3% artaraq 45 870,13 min manata, o cümlədən avtomobil kreditləri 26,76% artaraq 2 304,75 min manata yüksəlib.

Kreditlərin 42 503,87 min manatının və ya 25,9%-nin ödəmə vaxtı keçib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 13 926,05 min manat və ya 10,99% təşkil edib.

Hesabat dövründə depozit portfeli 17,1% artaraq 100 852,5 min manata çatıb. Portfelin 80,16%-i xarici valyutada yerləşdirilib. Xarici valyutada depozitlər üzrə 64,85% artım müşahidə olunub.

Əhalinin əmanətləri illik müqayisədə 2,5 dəfə artaraq 99 599,36 min manata yüksəlib. Qeyd edək ki, əmanətlərin 80 305,80 min manatı (80,6%) xarici valyutada yerləşdirilib.

Cari il aprelin 1-nə "Parabank"ın məcmu kapitalı 37 322,68 min manat, nizamnamə kapitalı 52 870,46 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi