Oqtay Haqverdiyev: "Dövlət qurumlarının sayı azaldılmalıdır"

Oqtay Haqverdiyev: "Dövlət qurumlarının sayı azaldılmalıdır" Müstəqil ekspertlər əmanətçilərə vəsaitlərini manatda saxlamağı məsləhət görür
Maliyyə
22 Yanvar , 2015 15:55
Oqtay Haqverdiyev: Dövlət qurumlarının sayı azaldılmalıdır

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan hökumətinin strukturunda islahatlar aparılmalı və mövcud dövlət qurumlarının sayı azaldılmalıdır. "Report"un məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının bu gün Bakıda keçirdiyi ekspert müzakirələrində iqtisadçı Nazim Məmmədov bildirib: "Hökumətdə islahatlar aparılmalıdır. Qurumların sayını azaltmaq lazımdır. Elə nazirliklər var ki, oradakı şöbələr bir-birini təkrarlayır".

Azərbaycanda dövlət vəsaitinin xərclənməsində israfçılığın dövlət qurumlarının sayının çoxluğunda olduğunu deyən iqtisadçı Oqtay Haqverdiyev də hesab edir ki, bu qurumların sayını azaltmaq lazımdır. Həmçinin nəzarət mexanizmi şəffaflaşdırılmalııdır: "Hazırda Azərbaycanda komitələri nəzərə almasaq, 20 nazirlik var. Britaniyada bu rəqəm 18, ABŞ-da 17-dir. Bu qurumların fəaliyyət mexanizmini tənzimləmək lazımdır. Həmçinin onlara nəzarət mexanizmi hazırlanmalıdır".

Bununla yanaşı, iqtisadçı ekspert N.Məmmədov rublun ucuzlaşmasından ehtiyat edən Azərbaycandakı əmanətçilərə pullarını manatda saxlamağı məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi