Azərbaycan əhalisinin gəlirləri 5,7% artıb

Azərbaycan əhalisinin gəlirləri 5,7% artıb Əhali gəlirlərin 12%-ni yığıma yönəldib
Maliyyə
16 Dekabr , 2015 16:50
Azərbaycan əhalisinin gəlirləri 5,7% artıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 36,8 mlrd. manata çatıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən gəlirlər isə 3 860,5 manat olub.

Hər nəfərə düşən gəlirlərin əvvəlki ilin eyni dövrünə nisbətən artımı 4,4% təşkil edərək ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7 faiz bəndi üstələyib.

Hesabat dövründə gəlirlərin 75,7%-i son istehlak xərclərinə, 9,5%-i vergilər, sığorta və üzvlük haqlarının, 3%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,8%-i isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 33,3 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,6% çox olub.

Son xəbərlər

Orphus sistemi