Oktyabrın 17-dən "Bank Standard"dakı bütün qorunan əmanətlərə görə kompensasiya veriləcək

Oktyabrın 17-dən "Bank Standard"dakı bütün qorunan əmanətlərə görə kompensasiya veriləcək Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb
Maliyyə
13 Oktyabr , 2016 14:32
Oktyabrın 17-dən Bank Standarddakı bütün qorunan əmanətlərə görə kompensasiya veriləcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin bütün qorunan əmanətçiləri oktyabrın 17-dən kompensasiya ala biləcəklər. Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Məlumata görə, həmin tarixdən məbləğindən asılı olmayaraq bütün əmanətlərə görə kompensasiya ödəniləcək.

Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ilk öncə 20 min ABŞ dollarına qədər əmanətlərə görə kompensasiya ödəyib. Bu gündən isə limit 50 min dollara qaldırılıb. 

Son xəbərlər

Orphus sistemi