​Oktyabrda Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 3,7 mln. manat sığorta ödənişi aparılıb

​Oktyabrda Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 3,7 mln. manat sığorta ödənişi aparılıb İcbari Sığorta Bürosunun üzvü şirkətlər bu il ümumilikdə 23,1 mln. manat sığorta ödənişi həyata keçirib
Maliyyə
5 Noyabr , 2014 11:58

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 3,7 mln. manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan "Report"a verilən məlumata görə, oktyabrda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büro üzvü olan sığorta şirkətləri tərəfindən 2 813 sığorta tələbi üzrə 3,76 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ödənilmiş sığorta tələbləri və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

Bu ilin yanvar-oktyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İSB iştirakçısı olan sığorta şirkətləri tərəfindən ümumilikdə 23,1 mln. manat ödəniş həyata keçirilib.

İSB oktyabr ayında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 7 kompensasiya tələbi üzrə 31,5 min manat, yanvar-oktyabr ayları ərzində isə 63 kompensasiya tələbi üzrə 212,9 min manat kompensasiya ödənişi həyata keçirib.

Həmçinin, 2014-cü ilin yanvar-oktyabr ayları ərzində Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2013-cü il iyul ayının 20-dən etibarən informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən daşınmaz əmlakın icbari sığorta müqavilələri üzrə 262 sığorta tələbi qeydiyyata alınıb və 599 min manata yaxın sığorta ödənişi həyata keçirilib. Həyata keçirilən sığorta ödənişlərinin 57,8%-i yaşayış evləri və mənzillər, 42,2%-i isə digər daşınmaz əmlakla bağlı olub.

Son xəbərlər

Orphus sistemi