​OECD: Qlobal iqtisadiyyat aşağı artım tempindən çıxa bilmir

​OECD: Qlobal iqtisadiyyat aşağı artım tempindən çıxa bilmir Təşkilat Rusiya iqtisadiyyatı üzrə proqnozlarını aşağı salıb
Maliyyə
1 İyun , 2016 19:04
​OECD: Qlobal iqtisadiyyat aşağı artım tempindən çıxa bilmir

Bakı. 1 iyun. REPORT.AZ/ Qlobal iqtisadiyyatın inkişafı hələ də aşağı artım tempində qalıb. 

"Report"-un məlumatına görə, bu fikir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) bu gün açıqlanan qlobal iqtisadi icmalında yer alıb. Bildirilir ki, dünya ölkələri sıx əməkdaşlıq şəraitində fiskal, monetar və islahat siyasətləri ilə iqtisadi artım tempini artırmağa çalışırlar.

"Hazırda inkişaf etmiş ölkələrdə iqtisadi artım göstəriciləri maksimal həddə, dünya iqtisadiyyatının lokomotivi hesab edilən inkişafda olan ölkələrdə isə yavaşlamış haldadır", - deyə OECD-nin baş katibi Angel Qurria Parisdə keçirilən Nazirlər Şurasının illik iclasında deyib. O, həmçinin qeyd edib ki, əmək məhsuldarlığı tempinin aşağı düşməsi və qeyri-bərabər bölgü yeni problemlər yaradır: "Hərtərəfli siyasi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi iqtisadi artıma nail olmağımıza kömək edəcək".

Əsas inkişaf etməkdə olan ölkələrdə qlobal ticarət həcminin azalması, investisiya səviyyəsinin düşməsi, əmək haqlarının artmaması və yavaşlayan fəallıq qlobal iqtisadiyyatın inkişafını yavaşladaraq 3% həddində məhdudlaşmasına səbəb olacaq. Təşkilat qlobal iqtisadi artımın 2017-ci ildə 3,3% olacağını proqnozlaşdırır.

OECD-nin hesabatına əsasən, ABŞ-da iqtisadi artımın 2016-2017-ci illərdə müvafiq olaraq 1,8% və 2,2%, Avrozonada 1,6% və 1,7%, Yaponiyada 0,7% və 0,4% olacağı gözlənilir. 34 ölkəni əhatə edən OECD regionunda isə 2016-cı ildə 1,8%, 2017-ci ildə isə 2,1% iqtisadi artım proqnozlaşdırılır. Çin iqtisadiyyatında 2016-cı ildə 6,5%, 2017-ci ildə isə 6,2% artım ehtimal edilir. Hindistan iqtisadiyyatının bu iki ilin hər birində 7,5% artacağı, Rusiya və Braziliyada dərin resessiyanın davam edəcəyi, Braziliya iqtisadiyyatının 2016-cı ildə 4,3%, 2017-ci ildə isə 1,7% azalacağı proqnozlaşdırılır.

OECD gözlənilmədən Rusiya iqtisadiyyatının 2016-cı ildə 1,7% azalacağını ehtimal edib. Belə ki, əvvəlki icmalda təşkilat Rusiyanın 2016-cı ildə 0,4% iqtisadi artım əldə edəcəyini proqnozlaşdırmışdır, 2017-ci ildə isə 0,5%-lik inkişafın olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi